“Sumqayıt” – “Çukariçki” komandalarının start heyətləri açıqlanıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 29-da saat 20:00-da başlayacaq “Sumqayıt” - “Çukariçki” (Serbiya) görüşü üçün komandaların start heyətləri açıqlanıb.

“Sumqayıt” komandasının start heyətində meydana Aydın Bayramov, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov, Əlvin Bədəlov, Yusif Nəbiyev, Vügar Mustafayev, Rəhim Sadıxov, Murad Xaçayev, Suleyman Əhmədov, Əli Qurbanivə və Rüfət Abdullazadə çıxacaqlar.

Qonaq komandanın ilk onbirliyində isə Derde Petroviç, Marko Dociç, Miladin Stevanoviç, Corce Yovanoviç, Strahinya Tanasiyeviç, Srcan Miyailoviç, Milan Saviç, Stefan Şapiç, Aleksa Yankoviç, Stefan Kovaç və Boyan Roqanoviç yer alıblar.

Görüşü danimarkalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yorgen Burxard olacaq. Ona Lars Hummelqard və Nils Hög kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikolay İvanov yerinə yetirəcək. Matçda UEFA nümayəndəsi Adrian İxari olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş qolsuz heç-heçə baş çatıb.

Xəbər 328 dəfə oxundu.