“Səbail”dən ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək
Bakının “Səbail” klubundan ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.

Qvatemalalı qapıçı “Ham-Kam” klubuna keçməyə yaxındır. Bu barədə Norveç mətbuatı məlumat yayıb.

Hagen yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşüb.

“Ham-Kam” Norveçin Birinci divizionunda çıxış edir.

İyirmi dörd yaşlı futbolçu 2020/2021-ci il mövsümündə “Səbail”də forma geyinib. O, “dənizçilər”lə 27 oyuna çıxıb.

Xəbər 351 dəfə oxundu.