“Qarabağ” klubu Bəhlul Mustafazadəni transfer edib
Ağdamın “Qarabağ” futbol klubu milli komandamızın üzvü Bəhlul Mustafazadəni transfer edib.

24 yaşlı müdafiəçi ilə üçillik müqavilə imzalanıb. B.Mustafazadə yeni komandasında 13 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, “Qarabağ” bu yay Kadi Borqes (son klubu – “Vilafranquense”, Portuqaliya), Ramil Şeydayev (“Sabah”) və Marko Veşoviçi (“Legiya”, Polşa) də transfer edib.

Xəbər 415 dəfə oxundu.