San-Marino Yay Olimpiya Oyunlarının tarixinə düşüb
San-Marino Tokio Olimpiadasında ilk medalını qazanıb.

Stend atıcısı Alessandra Perilli trap növündə üçüncü yeri tutub. Bu, ölkənin olimpiadalarda ilk medalı kimi də tarixə düşüb. Beləliklə, 35 min əhaliyə malik San-Marino Yay Olimpiya Oyunlarında medal qazanan ən kiçik ölkə olub.

Qeyd edək ki, Tokio Olimpiadası avqustun 8-də başa çatacaq.

Xəbər 315 dəfə oxundu.