London 2012: bu gün sərbəst güləş üzrə yarışlara start veriləcək
Bu gün London Olimpiadasında sərbəst güləş üzrə yarışlara start veriləcək. Turnirin I günündə Azərbaycanı Əşrəf Əliyev təmsil edəcək.

Püşkatmaya əsasən artıq 74 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımızın rəqibləri müəyyənləşib. Əşrəf ilk görüşünü 1/16 finalda yaponiyalı Soşuke Takataniyə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Həmyerlimiz mərhələ adlayarsa, daha güclü Denis Tsarquşla (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan sərbəst güləş üzrə yarışlarda 6 idmançı ilə təmsil olunur.

Xəbər 1164 dəfə oxundu.