“Sumqayıt” futbol klubu “Çukarişki” ilə cavab oyununa çıxacaq
Premyer Liqanın bürünc mükafatçısı "Sumqayıt" futbol klubu bu gün doğma arenada Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin oyununu keçirəcək. “Gənclik şəhəri” təmsilçisi Serbiyanın “Çukariçki” komandası ilə üz-üzə gələcək. Belqraddakı görüşdə oyun qolsuz heç-heçə bitib. "Kapital Bank Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı danimarkalı arbitr Yorgen Burxardt idarə edəcək.

“Sumqayıt”ın fanatları da oyuna ciddi hazırlaşır. Klubdan verilən məlumata görə, matç üçün satışa çıxarılan 550 bilet bir gün ərzində alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, stadionun tamaşaçı tutumunun 50 faizinə azarkeş buraxıla bilər.

Xəbər 400 dəfə oxundu.