"Keşlə" - "Soçi" oyununu izləyəcək azarkeş sayı açıqlanıb
"Keşlə" klubu Rusiyanın "Soçi" komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1 300 bilet çıxarıb.

Qiymətlər sektorlar üzrə 2 manat, 3 manat və 5 manat arasında dəyişir.

Artıq biletlərin böyük hissəsi satılıb. Oyun gününədək bütün biletlərin alınacağı gözlənilir.

Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Rusiya klubu 3:0 hesablı qələbə qazanıb.

"Report"

Xəbər 372 dəfə oxundu.