Azərbaycan badmintonçusu Tokio Olimpiadasında növbəti görüşünü keçirəcək
İyulun 28-də Azərbaycan badmintonçusu Olimpiya Oyunlarında ikinci görüşünə çıxacaq.

Kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz Edi Reski Dviçayo “L” qrupunda ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gələcək.

Qeyd edək ki, E.R.Dviçayo birinci görüşdə vyetnamlı Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib. Həmçinin danimarkalı A.Antonsendə ilk görüşündə T.M.Nguyeni 2:0 hesabı ilə üstələyib.

Turnirin reqlamentinə əsasən, 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibi səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 422 dəfə oxundu.