Yuliya Ratkeviç rəqibinin uğurunu gözləyir
XXX London Yay Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Yuliya Ratkeviç ilk görüşündə qələbə qazanıb.
Yunanıstan idmançısı Mariya Prevolarakini məğlub edən güləşçimiz dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə idmançımız Yaponiya güləşçisi Saori Yoşida ilə qarşılaşıb və məğlub olub - 0:1, 0:2.
İndi artıq idmançımız yalnız bürünc medala ümid edə biıər. Belə ki, əgər yapon güləşçisi finala yüksəlsə Yuliya təsəlliverici yarışlara qatılmaq hüququ qazanacaq.

Xəbər 891 dəfə oxundu.