"Tokio-2020": Cüdoçumuz Məmmədəli Mehdiyev səkkizdəbir final mərhələsində məğlub olub
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) məğlub olub. Cüdoçumuz startda Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurublar. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Xəbər 331 dəfə oxundu.