“Qəbələ”nin UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb.

“Qırmızı-qaralar”ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bilinəcək.

Qəbələ təmsilçisi ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab matçını isə oktyabrın 20-də keçirəcək.

2020/2021-ci il mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.

Xəbər 362 dəfə oxundu.