Bermud adaları Yay Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal qazanıb
“Tokio-2020” Yay Olimpiya Oyunlarında qadınlar arasında triatlon yarışlarına yekun vurulub. Bermud adaları təmsilçisi Flora Daffi 1 saat 55 dəqiqə 36 saniyəlik göstərici ilə yarışın qalibi olub.

Bermud adaları Yay Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal qazanıb. Otuz üç yaşlı atlet sayəsində 62 min 278 nəfər əhaliyə malik Bermud adaları Olimpiada tarixində qızıl medal qazanan ən kiçik ölkə kimi tarixə düşüb.

Xəbər 362 dəfə oxundu.