Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişib
Ukraynanın “Minay” klubu heyətinə 3 yeni futbolçu cəlb edib.

Onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.

Yerli “Mariupol” komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.

Xəbər 307 dəfə oxundu.