“Tokio-2020”: Dağ velosipedi üzrə qadınların kross yarışında hər üç medalı İsveçrə idmançıları qazanıblar
“Tokio-2020” Yay Olimpiya Oyunlarında qadınlar arasında dağ velosipedi üzrə kross yarışlarında fəxri kürsünün hər üç pilləsinə İsveçrə idmançıları qalxıblar.

Yarışda velosipedçilər 20,5 kilometr məsafə qət ediblər. Otuz səkkiz idmançının mübarizə apardığı yarışda məsafəni hamıdan tez – 1 saat 15 dəqiqə 46 saniyəyə qət edən Yolanda Neff Olimpiya çempionu olub. Sina Fray yarışı ikinci, Linda İnderqand isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Tokio Olimpiadası avqustun 8-dək davam edəcək.

Xəbər 386 dəfə oxundu.