Bakının “Sabah” klubu Gürcüstanın yüksək liqa təmsilçisi “Telavi”yə uduzub
Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu növbəti yoxlama oyununu keçirib.

Bakı klubu Gürcüstan yüksək liqa təmsilçisi “Telavi” ilə qarşılaşıb. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Matçda komandamızın yeganə qoluna Abdulla Xaybulayev imza atıb.

Bu, “Sabah”ın Tbilisi toplanışı çərçivəsində keçirdiyi üçüncü yoxlama oyunu idi. Komandamız daha əvvəl yerli “Şukura” (1:0) və “Samqurali” (0:1) klubları ilə qarşılaşmışdı.

Xəbər 391 dəfə oxundu.