Tokio-2020-də sensasiya: Məşhur tennisçi mübarizəni erkən dayandırdı
Yaponiyalı qadın tennisçi Naomi Osaka Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Dünya sıralamasında ikinci pillədə qərarlaşan idmançı 1/8 finalda çexiyalı Marketa Vondrouşovaya 2:0 (6:1, 6:4) hesabı ilə uduzub.

Qeyd edək ki, Naomi Osaka Tokio-2020-nin açılış mərasimində olimpiya məşəlini yandırıb. Marketa Vondrouşova dünya reytinqində 44-cü sıradadır.

Xəbər 340 dəfə oxundu.