“Tokio-2020” ilə əlaqəli daha 16 nəfərdə koronavirus aşkar edilib
Tokio Yay Olimpiya Oyunları ilə əlaqəli olan daha 16 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə iyulun 26-da Oyunların Təşkilat Komitəsinin saytında məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən üçü Atletlər kəndində yaşamayan idmançıdır. Beləliklə, Olimpiada ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 153 nəfərə çatıb.

Xatırladaq ki, epidemioloji vəziyyətin ağır olması ilə əlaqədar mərkəzi hökumət Tokioda dördüncü dəfə fövqəladə vəziyyət rejimi elan edib. Yaponiya qanunvericiliyinə əsasən, fövqəladə vəziyyət rejiminin tətbiqi ictimai iaşə obyektlərində spirtli içkilərin satışını qadağan edir və kütləvi tədbirlərə tamaşaçıların buraxılmamasını nəzərdə tutur. Məhz buna görə də avqustun 8-dək davam edəcək Tokio Yay Olimpiya Oyunları tamaşaçısız keçirilir.

Xəbər 243 dəfə oxundu.