“Neftçi”–“Olimpiakos” oyununun biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Olimpiakos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.

Qiyməti 5, 10 və 20 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Xatırladaq ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Olimpiakos” oyunu saat 21:00-da başlayacaq.


Xəbər 317 dəfə oxundu.