Cüdoçumuz Rüstəm Orucov “Tokio-2020”də bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio Olimpiadasında təsəlliverici görüşdə qalib gəlib.

Dördilliyin zirvə yarışında 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Kosovo təmsilçisi Akil Cakovu məğlub edib və bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

R.Orucov Musa Moquşkov (Rusiya Olimpiya Komitəsi) və tacikistanlı Somon Makhmadbekova qalib gəlsə də, dörddəbir finalda Yaponiya cüdoçusu Şohei Onoya uduzub.

Xəbər 258 dəfə oxundu.