Tokio-2020: Azərbaycan taekvonduçusu 1/4 finalda rəqibinə məğlub oldu
Azərbaycanın taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) üz-üzə gəlib.

Hərçəqani rəqibinə 1:12 hesabı ilə uduzub. O, daha əvvəl Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəlmişdi.

Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) məğlub olub.

Xəbər 390 dəfə oxundu.