Tokio 2020: Taekvondoçumuz Milad Beigi Hərçəqani 1/4 finala yüksəlib
Azərbaycanın daha bir taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib.

Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) uduzub.

Xəbər 378 dəfə oxundu.