Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio Olimpiadasına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio Olimpiadasına qələbə ilə başlayıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya Olimpiya Komitəsinin idmançısı Musa Moquşkova qalib gəlib.

Qeyd edək ki, R.Orucov Azərbaycan komandasının "Tokio-2020"nin açılış mərasimində bayraqdarı olub.

Xəbər 393 dəfə oxundu.