"Real" Uesli Sneyderi geri qaytarmağı düşünür | |
"Real" 2009-cu ildə "İnter"ə satdığı sabiq üzvü Uesli Sneyderi geri qaytarmağı düşünür. Madrid təmsilçisi hollandiyalı yarımmüdafiəçini növbəti mövsümdən heyətində görməyi planlaşdırır. 28 yaşlı oyunçunun meneceri isə məsələ ilə bağlı belə danışıb: "Hələlik danışıqlarımız olmayıb. Lakin Sneyder yenidən "Real" a qayıda bilər. Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək". Milan klubunun çalışdırıcısı Andrea Stramakkioni futbolçunu yüksək məbləğ müqavilində başqa komandaya satacaqlarını bildirib. 2009-cu ildən "İnter"in şərəfini qoruyan Sneyder keçirdiyi 71 matçda 16 qol vurub. |
|
Xəbər 891 dəfə oxundu. |
|
|