Taekvondoçumuz Fəridə Əzizova Tokio Olimpiadası ilə erkən vidalaşıb | |
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio Olimpiadası ilə erkən vidalaşıb. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız debütdə ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib. F.Əzizova rəqibinə 8:5 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesabı ilə üstün olsa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3. Bu gün daha bir taekvondoçumuz dayanq üzərinə çıxacaq. Milad Beiqi Harçeqani (80 kq) Vei-Tinq Liu (Çin Taypeyi) ilə qarşılaşacaq. |
|
Xəbər 425 dəfə oxundu. |
|
|