“Tokio-2020”: Təmsilçimiz Emin Cəfərov stend atıcılığı yarışlarında iştirak edir
Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.

Azərbaycanın idmançısı Emin Cəfərov stend atıcılığı yarışlarında iştirak edir.

Ötən gün təşkil olunan ilk təsnifat mərhələsində Azərbaycan təmsilçisi 71 xalla 30 iştirakçı arasında 24-cü olub.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Xəbər 327 dəfə oxundu.