Tokio-2020: 29 dəst medalı 40 ölkə qazandı
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

Daha 14 dəst medal oxatma, şose velosipedi, suya tullanma, qılıncoynatma, cüdo, atıcılıq, diyircəkli idman, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 29 dəst medala 40 ölkənin idmançıları yiyələnib.

Çin 11 (6 qızıl, 1 gümüş və 4 bürünc) medalla həm kəmiyyət, həm də keyfiyyətcə birinci pillədə qərarlaşıb.

10 (4 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 2-ci, keyfiyyətcə 3-cü pilləyə yer alıb. Medal əyarında 2-ci yeri isə 5 "qızıl", 1 "gümüş"lə Yaponiya tutur.

Bu gün 2 taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 31-ci pillədə qərarlaşıb.

Xəbər 346 dəfə oxundu.