“Tokio-2020”: Özbəkistan gimnastı 46 yaşında karyerasını bitirib
Qadın idman gimnastikası üzrə Olimpiya çempionu, Özbəkistan təmsilçisi Aksana Çusovitina peşəkar idmançı karyerasını bitirdiyini elan edib.

46 yaşlı gimnast bu barədə qərarı "Tokio-2020" Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsindəkı çıxışından sonra verib.

"Tokio-2020" Yay Olimpiya Oyunları A.Çusovitinanın iştirak etdiyi səkkizinci Olimpiadadır. Olimpiadalarda iştirak sayına görə, özbəkistanlı gimnast rekord müəyyənləşdirib.

Xəbər 641 dəfə oxundu.