Tokio-2020: 11 dəst medalı 28 ölkə qazandı
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 7 növ üzrə 11 dəst medal sahibini tapıb.

Medal yarışları kamandan oxatma, şose velosipedi, qılıncoynatma, cüdo, atıcılıq, taekvondo və ağırlıqqaldırma növlərini əhatə edib. Fəxri kürsüyə 28 ölkənin təmsilçiləri qalxıb.

Çin 3 qızıl və 1 gümüş medalla birinci pillədə qərarlaşıb. İtaliya və Yaponiya medal əyarında hərəyə 1 qızıl və 1 gümüş medalla sonrakı iki yeri tutsa da, medal sayında üçüncü olub.

Medal sayında 2-ci yeri isə 1 qızıl və 2 bürünc medala malik Cənubi Koreya tutub.

Xəbər 357 dəfə oxundu.