Tokio Olimpiadasının ən gənc iştirakçısı mübarizəni dayandırıb
Tokio Olimpiadasının ən gənc iştirakçısı – 12 yaşlı suriyalı stolüstü tennisçi Hend Zaza mübarizəni dayandırıb.

Suriyalı idmançı ilk qarşılaşmada Avstriya təmsilçisi Cia Liuya 0:4 hesabı ilə məğlub olub.

İdmanın onda özünəinamı və güclü olmağı formalaşdırdığını deyən suriyalı atlet bildirib: “İdman qadınlar üçün sağlamlığın başlanğıcıdır. İdman, həmçinin həlledici qərarlar verməkdə də mənə kömək edir. İdman sayəsində səbirli olmağı öyrəndim. 2016-ci ildən Olimpiadada iştirak etməyi qarşıma məqsəd qoydum və buna nail oldum. “Tokio-2020” mənim üçün ilk Olimpiadadır. Ümid edirəm ki, növbəti Olimpiya Oyunlarında da iştirak edəcəyəm”.

Xəbər 473 dəfə oxundu.