Məhəmməd Abdullayev: “Olimpiadadan medalsız qayıtmayacağıq
"Lisenziyanı çox çətinliklə, əziyyətli məşqlərlə qazanmışam. Olimpiadadan medalsız qayıtmayacağıq". Bu sözləri boksçumuz Məhəmməd Abdullayev açıqlamasında deyib.

“İlk döyüş həmişə ağır keçir. Çünki, rinqə, abu-havaya uyğunlaşma çətin olur. Buna baxmayaraq, bu döyüşün öhdəsindən gəldim və qalib oldum.

Məndən əvvəl komanda yoldaşlarım Tayfur Əliyev və Lorenso Sotomayorun məğlubiyyətləri mənə pis təsir etdi. İstərdim ki, onlar da qalib olsunlar. Qalan hər şey normaldır".

Boksçumuz səkkizdəbir finalda qarşılaşacağı rəqibi Baxodir Jalolov (Özbəkistan) barədə də fikir bildirib: "İlk görüşdə rəqibi tanıyırdım. Növbəti rəqibim yarışın ən güclülərindəndir, dünya çempionudur. Yarışda əsas rəqib kimi onu hesab edirəm. İyulun 29-da üz-üzə gələcəyik. Çalışacağam ki, qarşıdakı mərhələlərdə də daha yaxşı nəticə əldə edim”.

Xəbər 741 dəfə oxundu.