Boksçu Tayfur Əliyevin “Tokio-2020”də debütü uğursuz olub
Azərbaycan boksçusu Tayfur Əliyevin “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.

57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz vyetnamlı Duonq van Nguyenə məğlub olub və mübarizəni dayandırıb.

Bu gün daha iki güləşçimiz rinqə çıxacaq. Belə ki, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Xəbər 346 dəfə oxundu.