“Napoli” Raul Meyrelesi transfer etmək istəyir
“Napoli” “Çelsi”nin ulduz futbolçusu Raul Meyrelesi transfer etmək istəyir. İtaliya klubu portuqaliyalı futbolçu üçün London təmsilçisinə rəsmi təklif göndərib.
“Napoli”nin Raulun transferi üçün “Çelsi”yə 8 milyon funt-sterlinq təklif etdiyi bildirilir. İngilislər təkliflə bağlı cavablarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Meyreles 2011-ci ildən çıxış etdiyi “Çelsi”də 28 oyuna çıxıb və 6 qol vurub. Portuqaliya millisində keçirdiyi 61 oyunda 8 qola imza atan 29 yaşlı yarımmüdafiəçi əvəllər Portuqaliyanın “Boavişta”, “Aves”, “Portu” və İngiltərənin “Liverpul” klublarında top qovub.

Xəbər 879 dəfə oxundu.