Novak Cokoviç “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb
Dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviç “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Birinci dövrənin oyunları çərçivəsində serbiyalı tennisçi Boliviya idmançısı Uqo Delenə hər iki setdə qalib gəlib – 6:2, 6:2.

Görüş 1 saat 3 dəqiqə davam edib.

Turnirin 1/16 final mərhələsində N.Cokoviç Almaniya tennisçisi Yan-Lennard Ştruff ilə qarşılaşacaq.

Xəbər 292 dəfə oxundu.