Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio-2020”də çıxışını başa vurub
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci olub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.


Xəbər 319 dəfə oxundu.