Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus aşkar edilib
Tokio Olimpiadasının daha 19 iştirakçısında koronovirus qeyd alınıb.

Onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.

Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronovirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu gün rəsmi açılış mərasimi keçiriləcək Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Açılış mərasimində təqribən 950 nəfərin iştirak edəcəyi gözlənilir.

Xəbər 335 dəfə oxundu.