UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod” matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçirilən “Qarabağ” (Azərbaycan) - “Aşdod” (İsrail) matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü ukraynalı hakim Sergey Boyko idarə edir.

Komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.

Xəbər 357 dəfə oxundu.