“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək
Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra keçiriləcək.

Xəbər 345 dəfə oxundu.