Qvineya "Tokio-2020"də iştirakdan imtina edib
Qvineyanın Olimpiya komandası "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Buna səbəb COVID-19 infeksiyasına yoluxanların sayının artması olub.

Qvineyanın idman naziri Sanussi Sou deyib: "Bu addımı dövlət rəsmiləri ilə müzakirələrdən sonra atdıq. Qvineyalı idmançıların sağlamlığı bizim üçüb çox önəmlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, Qvineya Olimpiya komandası "Tokio-2020"də iştirak etməyəcək.

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək davam edəcək. Yarışda Azərbaycanı 44 idmançı təmsil edəcək.

Xəbər 662 dəfə oxundu.