Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb | |
Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb. Bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub. Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirlidinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb. Tanınmış idman qurumlarının bəzilərinin idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər. Altı idman növündən yalnız biri - aysştok qış idman növüdür. |
|
Xəbər 342 dəfə oxundu. |
|
|