“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki oyunlarının vaxtı açıqlanıb
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının vaxtı açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv F qrupundakı ilk matçını avqustun 21-də Cəbəllütariqin "Europa" komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün Finlandiyanın "Kampuksen Dinamo", ayın 24-də isə Latviyanın "Raba" komandası ilə qarşılaşacaq.

Bu qrupun oyunları Latviyanın Salaspils şəhərindəki idman kompleksində təşkil olunacaq.

Xəbər 348 dəfə oxundu.