Bu gün Azərbaycan kanoeçiləri XXX London Yay Olimpiya Oyunlarının final mərhələsində mübarizə aparacaq
Bu gün Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet XXX London Yay Olimpiya Oyunlarının final mərhələsində mübarizə aparacaq. 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yarışı lider kimi bitirən idmançılarımız həlledici sınağa saat 13:30-da çıxacaqlar.

Onların rəqibləri Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Peter Kretşmer – Kurt Kuşela (Almaniya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnes (Kuba) olacaq. Təmsilçilərimiz 4-cü yürüş zolağında yer alacaqlar.

Qeyd edək ki, bu növdə Londonda iştirakla adını Olimpiada tariximizə yazdıran duetimiz finala yüksələrək güclərini sübuta yetiriblər. Bunun üçün onların medal qazanmasına inam böyükdür.

Xəbər 1266 dəfə oxundu.