“Tueta”–“İnter Escaldes” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabbarov beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Tueta” (Albaniya) – “İnter Escaldes” (Andorra) qarşılaşmasının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusfiov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Matç iyulun 22-də Albaniyanın Dürres şəhərində keçiriləcək.

Xəbər 340 dəfə oxundu.