Dünyanın ən məhsuldar qapıçılarının növbəti siyahısını açıqlayıb | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının növbəti siyahısını açıqlayıb. “San-Paulo”nun 39 yaşlı braziliyalı qapıçısı Rojerio Seni 102-ci qolunu vurub. Bununla da liderliyini möhkəmlədən təcrübəli əlcək sahibi ən yaxın izləyicisi olan əfsanəvi paraqvaylı qapıçı Luis Çilaverti artıq 40 qol qabaqlayır. Seni qollardan 47-ni penaltidən, 55-i oyundan vurub. Siyahıda yer alan təmsilçimiz Nizami Sadıqov yerində qalaraq, çernoqoriyalı həmkarı Zarko Luçiçlə 13-14-cü pillələri bölüşdürür. Veteran qapıçımız da onun kimi 21 qol vursa da, bunun 12-də penaltidən, 9-da oyundan fərqlənib. Zarko isə 21 qolunun hamısını penaltidən vurub. |
|
Xəbər 872 dəfə oxundu. |
|
|