"Zirə" klubunun Türkiyə toplanışı ləğv edilib
Bakının "Zirə" futbol klubunun Türkiyə toplanışı ləğv edilib.

Buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVID-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.

Xəbər 339 dəfə oxundu.