Şəhid övladları üçün yay düşərgələri keçirilir
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə şəhid övladları üçün yay düşərgələri keçirilir.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək altı düşərgədən birincisi artıq başa çatıb. Birinci düşərgə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, müxtəlif sahələrdə tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar keçirilib. Habelə psixoloqların iştirakı ilə təlimlər, idmanın müxtəlif növləri, eləcə də futbol üzrə məşqlər, konsultasiyalar keçirilib, konsert proqramı təşkil olunub.
İlk düşərgənin sonuncu günündə iştirakçılara AFFA tərəfindən hədiyyələr, idman ləvazimatları təqdim edilib.

Xəbər 368 dəfə oxundu.