Dünya kuboku: Daha dörd şahmatçımız növbəti mərhələyə adlayıb
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Bu gün 4 şahmatçımız yarışda mübarizə aparıb. Əvvəlki iki partiyanı heç-heçə ilə başa vuran Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişviliyə tay-brekdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, bundan əvvəl Günay Məmmədzadə rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər 339 dəfə oxundu.