“Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib
“Qəbələ” futbol klubunda yeni məşqçi təyinatı gerçəkləşib.

ən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində çıxış edən Rasim Ramaldanov məşqçi təyin olunub. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016-2017-ci il mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.
Xatırladaq ki, R.Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib.

Xəbər 339 dəfə oxundu.