Aerobika gimnastlarımız açıq Koreya çempionatında iki medal qazanıblar
Aerobika gimnastlarımız 6-cı açıq Koreya çempionatında iştirak ediblər.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, onlayn şəkildə təşkil edilmiş yarışın nəticələrinə əsasən, böyüklər arasında fərdi kişi proqramı üzrə iştirak etmiş Vladimir Dolmatov birinci yerdə qərarlaşıb.

12-14 yaşlı gimnastlar arasında Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət üçlük bürünc medal qazanıb. Eyni yaş qrupunda fərdi idmançılarla yarışan Məryəm Topçubaşova isə 66 gimnast arasında 9-cu nəticəni göstərib.

Xəbər 341 dəfə oxundu.