Məhəmməd Muradlı "Paracin 2021" beynəlxalq şahmat turnirinin qalibi olub
Serbiyanın Parasin şəhərində “Paracin 2021” beynəlxalq şahmat turniri keçirilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Gövhər Beydullayeva, Fərid Orucov və Ümid Aslanov təmsil ediblər.

Yarışda turnir cədvəlinin vahid lideri olan Məhəmməd Muradlı sonuncu turda İsrail şahmatçısı qrossmeyster Evgeni Postni ilə heç-heçə edib. Şahmatçımız 9 turun yekununa görə, 7,5 xalla turnirin qalibi olub. M.Muradlı, həmçinin qrossmeyster balını toplamağa nail olub.

Təmsilçilərimizdən Misrətdin İsgəndərov isə finalda Rusiya şahmatçısı Mixail Bryakin üzərində qələbə qazanaraq 7 xalla 2-4-cü yerlərdə qərarlaşıb. Əhməd Əhmədzadə 6,5 xalla 11-ci, Eltac Səfərli isə 6 xalla 20-ci yerin sahibi olub.

Digər təmsilçilərimiz Xəzər Babazadə, Aydın Süleymanlı və Read Səmədov 5,5 xal, Gövhər Beydullayeva və Fərid Orucov 4,5 xal, Ülvi Sadıqov 4 xal, Ümid Aslanov isə 3,5 xal toplayıb.

Turnirdə 35 ölkədən 18-i qrossmeyster olmaqla 200-ə yaxın şahmatçı iştirak edib.

AZƏRTAC

Xəbər 350 dəfə oxundu.