Çimərlik güləşçilərimiz Fransada dünya seriyasında iştirak edirlər
Fransada çimərlik güləşi üzrə dünya seriyasına start verilib.

Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir.

Mahal Novruzov, Rübair İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) yarışa qrup mərhələsindən start verəcəklər.

Qeyd edək ki, iki gün davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Xəbər 353 dəfə oxundu.